Müsəlmanlar üçün vacib günlər başladı KONKRET | Icma.az
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Hicri təqviminə əsasən, bu gün Şaban ayı başlayır.
Bu ay İslam təqvimində səfərdən sonra gələn səkkizinci aydır və Ramazan ayından əvvəlki sonuncu aydır.
Bu ay müsəlmanlar üçün xüsusi əhəmiyyət daşıyır, çünki Ramazana hazırlıq dövrü kimi qəbul edilir.
KONKRET.az bu barədə bir sıra nüansları araşdırıb: Şaban ayı bir sıra məqamlara görə əhəmiyyətli dövr hesab edilir.
Belə ki, Şaban peyğəmbərimizin (s.ə.s) sevdiyi ay olduğu üçün bu müddət ərzində xüsusi ibadətlərə və oruca üstünlük vermişdir.
Hədislərdə bildirilir ki, o, Şaban ayında Ramazandan başqa digər aylara nisbətən daha çox oruc tutardı.
Şaban ayının 15-ci gecəsi (Bəraət gecəsi) İslamda mühüm gecələrdən biridir.
Bu gecə duaların qəbul olunduğuna və insanların talehlərinin yazıldığına inanılır.
Tam oxu
Xəbəri oxu