Müşfiq Abbasov məhkəmə qarşısına çıxmalı oldu

19.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Bu şəhərdə"nin prodüseri və ssenaristi Müşfiq Abbasov cəzalandırılıb.

"Cebheinfo.az" gununsesi.info-ya istinadən xəbər verir ki, buna səbəb onun işgüzar münasibətdə olduğu, lakin sonradan münasibətinin pozulduğu şəxslərdən birinin iddiası olub.

Həmin şəxs Müşfiq Abbasovun Cinayət Məcəlləsinin 147 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 148-ci (Təhqir) maddələri ilə həbs edilməsini tələb edib. Lakin işə baxan Xətai rayon Məhkəməsi bu iddianı qismən təmin edərək M. Abbasovu Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilib və 1500 manat məbləğində cərimələyib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью