Müşfiq Dadaşova vəzifə verildi FOTO

21.05.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, Müşfiq Dadaşov Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir vəzifəsinə təyin edilib.

O, pedaqoji fəaliyyətə 2002-ci ildə Biləsuvar rayonu Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi kimi başlayıb və eyni zamanda Tarix və Coğrafiya fənləri üzrə metodbirləşmənin sədri vəzifəsini də icra edib. 2010–2021-ci illərdə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində tarix müəllimi və Tarix kafedrasının koordinatoru kimi çalışıb. 2021–2022-ci illərdə həmin müəssisədə Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Təyinatdan öncə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində icraçı direktorun müavini olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью