Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası təşkil olunub AZƏRTAC

20.12.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 dekabr, AZƏRTAC

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada nazirliyin nümayəndələri, Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin 100 nəfər tələbəsi və ekokönüllülər iştirak ediblər.

Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyasının keçirilməsində əsas məqsəd ekoloji tarazlığın qorunmasına töhfə vermək, yaşıllıq sahələrinin genişləndirilməsini təmin etmək və gənclərin ekoloji şüurunu artırmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью