Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki... O iclasda nə üçün ağlamışdı? | Icma.az
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq. Kulis.az "Tarixin kulisi" layihəsi çərçivəsində Həmid Piriyevin Mikayıl Müşfiq haqqında a
Repressiya deyəndə, ağlımıza gələn ilk üç imzadan biri Mikayıl Müşfiqdir.
Bu yazıda Müşfiqə qarşı hücumlardan, əleyhinə yazılmış yazılardan danışmağa çalışacağam. Ona qarşı ilk hücum 1929-cu ildə başlanır.
Onu Əhməd Cavadın davamçısı kimi tənqid edirlər.“Gənc işçi” qəzetinin 12 noyabr 1929-cu il tarixli nömrəsində Əjdər Süleymanzadə, Qüdrət Qafarzadə, Ə.Sadıqzadə və Akif Kazımın yazdığı “Əhməd Cavadın quyruqlarına mübarizə açılmalıdır” məqaləsində Müşfiq haqqında deyilir: “...Əcəba, Cavadın şagirdi olan Müşfiq də bunu etiraf edirmi?
25-ci ildə Həbib Cəbiyevin rəhbərliyi altında “Kommunist” qəzeti yanında təşkil olunmuş “Qızıl qələm” cəmiyyətini dağıtmağa çalışan Müşfiq və Rahimkimilər (Məmməd Rahim nəzərdə tutulur – H.P.) uzun mübarizəmizdən sonra bizə yaxın gəldilərsə, yenə də gizlində əsas inqilabi şeir yazmaqdan özlərini ala bilmədilər.
Məmləkətimizi kölgəliklərə bənzədən Müşfiqin: Mən sərsəri bir rüzgar, Ellər mənə olmuş yar... Hala yenə matəm var (?!) Mən ağladığım yerdə.
- deyə divar qəzetində yazdığı və Sabir Kitabxanasının yanındakı “Qızıl qələm”lə mübarizə qrupunun fəal bir üzvü olduğunu gözəlcəsinə bilirik.
Buna görə idi ki, həmin qrup yaşaya bilmədi. Bu saat qarşımızda Müşfiqin “Kölgəliklərdə” adlı bir parçası durur.
Tam oxu
Xəbəri oxu