Icma.az, Modern.az saytına istinadən bildirir. MÜSİAD İdarə Heyətinin üzvü, enerji səmərəliliyi üzrə mütəxəssis Altuğ Karataş və “MÜSİAD İnv
Modern.az xəbər verir ki, səhər yeməyi ilə başlayan proqram, iki ölkə arasında əməkdaşlığı gücləndirəcək mühüm mövzuların müzakirə olunduğu
Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri ilə yanaşı, MÜSİAD Azərbaycan digər üzvləri də iştirak edib.Görüşlər zamanı Azərbaycanın C
Həmçinin qarşılıqlı danışıqlar əsnasında Azərbaycanın dayanıqlı enerji potensialına xüsusi diqqət yetirildi.
Ölkənin zəngin külək enerjisi resursları qlobal iqlim hədəflərinə çatmaqda mühüm fürsət olaraq qiymətləndirildi.
Bu çərçivədə, Türkiyə və Azərbaycan arasında enerji sektorunda qurula biləcək tərəfdaşlıqların əhəmiyyəti vurğulandı.
Türkiyənin bərpa olunan enerji texnologiyalarındakı təcrübəsi ilə Azərbaycanın təbii resurslarının birləşməsi hər iki ölkənin enerji sahəsində yeni uğurlar əldə etməsinə zəmin yaradacağı qeyd edildi.
“MÜSİAD İnvest”in sədri Serhat Kısakürek görüş zamanı qeyd etdi ki, iqlim dəyişikliyi artıq yalnız bir təhdid deyil, eyni zamanda iqtisadi fürsətlər yaradan bir sahədir.