Musiala əməliyyat olundu

06.07.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Musiala əməliyyat olundu

Almaniya millisinin və "Bavariya"nın futbolçusu Camal Musiala əməliyyat olunub.

QOL.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi yığmanın 2026-cı il dünya çempionatındakı çıxışını başa vurmasından sonra planlaşdırılmış tibbi prosedurdan keçib. Klubun yaydığı açıqlamada bildirilib ki, əməliyyat ötən yay aldığı ağır zədədən sonrakı bərpa prosesinin bir hissəsidir və əvvəlcədən planlaşdırılıb.

Məlumata görə, bu prosedur Musialanın mövsümöncəsi hazırlıq prosesini plan üzrə keçməsinə imkan verəcək. "Bavariya" futbolçunun yeni mövsümün əvvəlində komandanın sərəncamında olacağını gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью