Musiala nə vaxt meydana qayıdacaq?

25.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bavariya”nın və Almaniya yığmasının aparıcı yarımmüdafiəçisi Camal Musiala zədə səbəbindən sıradan çıxıb.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı futbolçunun bud əzələsində cırılma diqanozu qoyulub. Bu səbəbdən onun təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Musiala Almaniya milli komandasının düşərgəsində məşq edərkən xəsarət alıb. Təcrübəli orta sahə oyunçusu tibbi müayinələri davam etdirmək və bərpa kursu keçmək üçün Münhen təmsilçisinin düşərgəsinə geri qayıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью