Musiala oyunda huşunu itirdi İSTİYƏ GÖRƏ

16.08.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala “Leyptsiq”lə yoxlama oyununda istidən özünü pis hiss edib və huşunu itirib.

Apasport.az xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hadisə 83-cü dəqiqədə, 23 yaşlı futbolçunun komandasının üçüncü qolunu vurmasından qısa müddət sonra baş verib. Musialanın vəziyyətinin pisləşdiyini komanda yoldaşı İsmail Saybari vaxtında görərək onu tutub.

Həkimlərin müdaxiləsindən sonra Musiala meydanı tərk edib. Onun əvəzinə Bara Ndiaye oyuna daxil olub.

Almaniya mətbuatının məlumatına görə, ilkin müayinənin nəticələrinə əsasən, futbolçunun səhhətində ciddi problem aşkarlanmayıb.

“Barselona”dan PSJ-yə Romero rəsmən “Atletiko”da “Tottenhem”lə vidalaşdı Avropa çempionu karyerasını başa vurub İngiltərə millisinin sabiq qapıçısı vəfat edib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью