Musiala Supekubok matçını buraxacaq

21.08.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala Almaniya Superkubokunda Dortmund “Borussiya”sına qarşı oynamayacaq.

Apasport.az xəbər verir ki, Münhen klubunun baş məşqçisi Vensan Kompani bunu oyunöncəsi mətbuat konfransında açıqlayıb.

Belçikalı mütəxəssis 23 yaşlı futbolçunun qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyəcəyini bildirib. Musiala bu həftə fərdi məşqlərini davam etdirəcək.

Kompani futbolçunun son iki yoxlama matçında huşunu itirməsinin müalicə prosesində edilən dəyişikliklə əlaqəli olduğunu bildirib. Baş məşqçinin sözlərinə görə, “Bavariya” Musialanın vəziyyətindən ötən mövsümdən xəbərdardır və məsələ həkimlərin nəzarətindədir.

Qeyd edək ki, Musiala “Leyptsiq” və “Haydenhaym”la yoxlama görüşlərində huşunu itirib. Daha sonra Almaniya millisinin üzvü bunun nevroloji disfunksiya ilə bağlı olduğunu açıqlayıb.

"Tottenhem"dən Savinyo transferi: 99 MİLYON AVRO Suma yenidən icarəyə verildi Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Emrelidən “Rakuv”da növbəti qol Batrakovun “Qalatasaray”a keçidi rəsmiləşdi - 5 illik müqavilə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью