Musiala yenə huşunu itirdi 4 gün ərzində ikinci dəfə

18.08.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala son 4 gündə ikinci dəfə huşunu itirərək azarkeşləri narahat edib.

Apasport.az xəbər verir ki, oxşar hadisə “Haydenhaym”la keçirilən yoxlama oyununda (4:2) baş verib.

23 yaşlı futbolçu ikinci hissədə əvəzlənərək meydana daxil olub. Lakin bir neçə dəqiqə sonra anidən özünü pis hiss edərək yerə yıxılıb. Musiala həkimlərin köməyi ilə ayağa qalxaraq meydanı tərk edib.

Qeyd edək ki, Musiala avqustun 15-də “Leyptsiq”lə keçirilən yoxlama matçında (3:1) da huşunu itirmişdi. Həmin vaxt futbolçunun səhhətində yaranan narahatlığın yüksək temperaturla əlaqəli olduğu bildirilmişdi.

“Tottenhem”dən “Yuventus”a - Rəsmi Seneqal millisinin yeni baş məşqçisi bəlli oldu "Napoli"də yeni müqavilə: UZUNMÜDDƏTLİ SÖZLƏŞMƏ Verman rəsmən "Borussiya"da "Nyukasl"dan yeni transfer
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью