Musiqi məktəbinin müəllimi dünyasını dəyişdi

12.03.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Biləsuvar rayonunda musiqi müəllimi dünyasını dəyişib. 

"Unikal"ın məlumatına görə, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi Ağayeva Nadejda Borisovna uzun sürən ağır xəstəlikdən sonra 57 yaşında vəfat edib. 

Mərhum Biləsuvar şəhər qəbiristanlığında dəfn olunub. 

Xəlil Əliyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью