Musiqi platformalarında ən çox axtarılanlar onlar oldu SİYAHI

22.05.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Son zamanlar şou biznesdə ard-arda yeni layihələr təqdim olunur.

AZXEBER.COM "Shazam" platformasında ən çox axtarılan yerli mahnıların siyahısını hazırlayıb.

Araşdırmaya görə "Shazam"da ən çox axtarılan birinci mahnı Gülay  Zeynnallının "İstərsənmi” mahnısı olub.

İlk beşliyin 2-ci pilləsində Kazımcan "Danış mənimlə”, 3-cü pillədə Sevda Yahyayeva "Həyatımın ilki”, 4-cü pillədə Elçin Cəfərov "Sənsiz gecələr”, 5-ci pillədə isə Aygün Kazımovanın yeni təqdim etdiyi "Üfüq” layihəsi yer alıb.

Siyahının digər sakinləri isə Hissin "Sevə Sevə”, Röya & Murad Arifin "Bumeranq”, İradə İbrahimovanın "Ayrılıq olmasa” və Miri Yusifin "Unudulmaz” adlı layihələri olublar.

Aysel

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью