Musiqi təkcə ruhun qidası deyilmiş... Yeni tədqiqat | Icma.az
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Musiqi dinləmək boş vaxtı dəyərləndirməyin ən gözəl yollarından biri hesab olunsa da, əslində beynin sağlamlığını qoruyan xüsusiyyətləri də özündə ehtiva edir.
Qaynarinfo xəbər verir ki, Monaş Universitetinin apardığı tədqiqat da bu fikri təsdiqləyir.
Musiqi dinləmək bir çox insan üçün dünyanın səs-küyündən uzaqlaşma üsuludur.
Notaların sehrinə qapılaraq saatlarla musiqi dinləmək və ya musiqi aləti çalmaq sağlamlığınızı qorumağa kömək edir.
Monash Universitetinin apardığı tədqiqat göstərib ki, musiqi dinləyənlər müəyyən xəstəliklərə daha az meyllidirlər.
Alimlər açıqlayıblar ki, musiqi dinləmək demansiya riskini 39% azaldır.
Monaş Universitetinin yeni araşdırmasına görə, 70 yaş və üzərində olan şəxslərin müntəzəm olaraq musiqi dinləməsi və ya alət çalması demansiya və yaddaşın zəifləmə riskini əhəmiyyətli dərəcədə azaldır.
Tam oxu
Xəbəri oxu