Musiqimizin sədaları altında şam yeməyi Video Foto

13.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

COP29 tədbiri ilə bağlı ölkəmizdə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Bakıda qeyri-rəsmi şam yeməyində görüşüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus liderinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Lukaşenko BƏƏ Prezidenti tərəfindən qeyri-rəsmi şam yeməyinə dəvət olunub.

Şam yeməyində BƏƏ nümayəndə heyəti, İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah və Albaniyanın Baş naziri Edi Rama da iştirak edib.

Həmin görüntüləri təqdim edirik:



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью