Musk: Göyərtəsində robot olan ulduz gəmisi 2026 cı ilin sonunda Marsa gedəcək

15.03.2025

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerikalı sahibkar və siyasətçi, SpaceX-in qurucusu İlon Mask bildirib ki, Optimus robotu ilə birlikdə Starship kosmik gəmisi 2026-cı ilin sonunda Marsa gedəcək.

O, X sosial şəbəkəsində yazıb: “Ulduz gəmisi gələn ilin sonunda göyərtəsində Optimus robotu ilə Marsa uçacaq”.

Mask əlavə edib ki, Marsa eniş uğurlu olarsa, insanlar 2029-cu ildə belə kosmik səyahətlərə çıxa biləcəklər.

“2031-ci il daha çox ehtimal olsa da” deyə iş adamı yekunlaşdırıb.

Bundan əvvəl Hindistan 2024-cü ilin üçüncü rübündə kosmosa robot astronavt göndərmək planlarını açıqlamışdı.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью