Muslera Qalatasaray ın heyətində Superliqada ən çox oyun keçirən iki futbolçudan biri olub

17.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fernando Muslera "Qalatasaray"ın heyətində Türkiyə Superliqasında ən çox oyun keçirən iki futbolçudan biri olub.

"Report" xəbər verir ki, 38 yaşlı qolkiper ölkə çempionatında 428-ci oyununa çıxmaqla İstanbul təmsilçisinin sabiq kapitanı Bülent Korkmazın rekordunu yeniləyib.

O, buna Superliqanın XX turunda "Hatayspor"la üz-üzə gəldikləri matçda nail olub.

Beləliklə hər iki futbolçu "Qalatasaray"ın heyətində Superliqada ən çox matça çıxan oyunçular olublar.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью