Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uzun illər "Qalatasaray"ın kapitanı olan Fernando Musleranın klubla vidalaşmasından sonra kapitanlıq sarğısı argentinalı hücumçu Mauro İkardiyə tapşırılacaq.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə təlim-məşq toplanışından sonra klubun baş məşqçisi Okan Buruk məlumat verib.
"O, istəklidir və motivasiyası yüksəkdir. Komandanın kapitanı kimi rolu, oyunçulara münasibəti, meydandakı davranışı komandamıza müsbət təsir edir" - deyə O.Buruk vurğulayıb.
Məlumat üçün əlavə edək ki, Mauro İkardinin "Qalatasaray"la müqaviləsi 2026-cı ildə başa çatacaq.