Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Türkiyə çempionatının lideri ''Qalatasaray'' bu gün 21-ci turda ''Konyaspor''u qəbul edəcək.
''Football-plus.az'' xəbər verir ki, bu qarşılaşmada bütün diqqətlər İstanbul nəhənginin əfsanəsi Fernando Musleraya yönələcək.
Məlum olduğu kimi Kiyev ''Dinamo''suna qarşı son matçın (3:3) final fitinin ardından uruqvaylı qapıçı fitə basıldı.
O çox pərişan halda meydanı tərk etdi. Üstəlik əli ilə ''artıq bitdi'' işarəsini göstərərək mövsümün sonunda Türkiyədən ayrılacağına işarə v
''Rams Park''dakı bu dəfəki oyunda fanatlar 38 yaşlı qapıçının belə desək, ürəyini almağa çalışacaq.
Muslera oyundan öncə tribunalara dəvət olunacaq və onun lehinə təzahüratlar səsləndiriləcək.
Bundan başqa onun üçün tribunalarda pankartların açılacağı gözlənilir. Bu günkü oyunda bəzi tribunalar cəza üzündən boş buraxılacaq.