Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Müslüm Maqomayevə böyük hörmət və sevgi ilə yanaşıram".
"Unikal" xəbər verir ki, bunu erməni bəstəkar Arno Babacanyanın oğlu Ara Babacanyan deyib.
Erməni bəstəkarın oğlu dünyaca tanınmış azərbaycanlını ailə üzvü kimi qəbul etdiklərini açıqlayıb: "Mən o vaxt karyerama yeni başlayırdım. O, evimizə gələrdi və saatlarla piano arxasında oturub oxuyar, söhbət edə bilərdi".
Arno Babacanyan və Müslüm Maqomayev sovet estradasının əfsanəvi yaradıcı dueti idilər və çoxsaylı hitlər ("Gözəllik Kraliçası", "Melodiya", "Təşəkkürlər") yaratdılar. Bu mahnılar sovet estradasının ayrılmaz hissəsinə çevrildi.
Onların əməkdaşlığı 1960-cı illərdə başlayıb. Maqomayev və Babacanyanın ilk mahnısı "Mən Bolqarıstanı xatırlayıram", sonra "Dünyanın ən yaxşı şəhəri", "Gözəllik kraliçası", "Şeytan çarxı", "Toy", "Musiqini mənə qaytar" mahnıları olub.
Ağarza Elçinoğlu