Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransalı futbolçu Mussa Diabi karyerasını “Bayer”də davam etdirəcək.
İdman.Biz xəbər verir ki, Leverkuzen təmsilçisi 27 yaşlı fransalı hücumçu ilə 2031-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalayıb.
Diabi 2019–2023-cü illərdə də “Bayer”in formasını geyinib. O, həmin dövrdə keçirdiyi 173 oyunda 49 qol vurub və 48 məhsuldar ötürmə edib.
Transferdən sonra açıqlama verən futbolçu “Bayer”in ona karyerasının ilk illərində böyük dəstək göstərdiyini bildirib:
“Almaniyaya çox gənc və təcrübəsiz futbolçu kimi gəlmişdim. “Bayer” mənə böyük etimad göstərdi və hər zaman dəstək oldu. Bunu unutmamışam. Təklif gələndə və transfer mümkün olanda bir saniyə belə tərəddüd etmədim. “Bayer”lə titullar uğrunda mübarizə aparmaq mənim üçün böyük məqsəddir”.
Diabi son iki mövsümdə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edib. O, karyerası ərzində həmçinin “Aston Villa”, PSJ və “Krotone”nin formasını geyinib.
Qeyd edək ki, Mussa Diabi 2021-ci ildə Fransa millisinin heyətində Millətlər Liqasının qalibi olub.