Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub

29.10.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 oktyabr, AZƏRTAC

“Latsio”nun futbolçusu Romano Floriani Mussolini İtaliya A Seriyasında komandanın heyətində ilk qolunu vurub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 23 yaşlı sağ cinah müdafiəçisi IX turda “Sassuolo” ilə görüşdə (6:2) fərqlənib.

Futbolçu matçın 16-cı dəqiqəsində rəqib qapısına yol taparaq hesabı 3:1 edib.

Maraqlıdır ki, qol Benito Mussolininin hakimiyyətə gəlməsi ilə nəticələnən hadisələrin ildönümünə təsadüf edib.

Digər diqqətçəkən məqam isə “Sassuolo”nun qapısını 25 yaşlı Stefano Turatinin qorumasıdır. O, İtaliya Sosialist Partiyasının qurucularından biri və Benito Mussolininin siyasi əleyhdarı olmuş Filippo Turatinin adaşıdır.

Qeyd edək ki, Romano Floriani Mussolini 2003-cü il yanvarın 27-də Mauro Floriani və Benito Mussolininin nəvəsi, keçmiş deputat Alessandra Mussolininin ailəsində dünyaya gəlib. Onun böyük xalası italiyalı məşhur aktrisa Sofi Lorendir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью