Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tailandda davam edən güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 2,1 milyon insan zərər çəkib, 13 nəfər isə həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, Tailandın "The Nation" qəzetinin xəbərinə görə, ölkənin Fövqəladə Hallarla Mübarizə və İdarəetmə Departamenti (DDPM) daşqınlarla bağlı rəsmi açıqlama yayıb.
Bildirilir ki, Tailandın cənubundakı 9 əyalətdə daşqınlardan təsirlənənlərin sayı 2,1 milyona çatıb, 13 nəfər isə həyatını itirib.
Digər tərəfdən, "Bangkok Post" qəzetinin məlumatına əsasən, Tailand Hərbi Dəniz Qüvvələri daşqından zərər çəkmiş cənub əyalətlərinə yardım məqsədilə təyyarədaşıyan gəmi, tibbi heyət və yardım ləvazimatları ilə birlikdə 14 qayıqdan ibarət bir donanmanı göndərməyə hazırlaşır.
"Bualoi" qasırğası sentyabr ayının sonlarından etibarən Filippin və Tailand da daxil olmaqla Cənub və Cənub-Şərqi Asiya ölkələrində insan tələfatına səbəb olub.
Qeyd edək ki, Cənub və Cənub-Şərqi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara yol açır.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin