GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin işdən çıxarıldığı iddia olunur.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, mədəniyyət naziri Adil Kərimli qurumun Aparat rəhbəri Mustafa Abbasbəylinin tutduğu vəzifədən azad olunması ilə bağlı əmr imzalayıb.
Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq isə məlumat təkzib olunub.
“Belə bir əmr yoxdur”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, M.Abbasbəyli 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.