Mustafa Mərdanov səhnəsində premyera

04.07.2026

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

03 iyul 2026-cı il tarixdə yapon yazıçısı Akutaqava Ryunosukenin"Kesa və Morita" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası oynanılıb.

Məhəmməd Verdizadənin quruluşunda təqdim olunan tamaşada gənc aktyorlar Rəna Pənahova və Məhəmməd Gülmalıyev çıxış ediblər.

Tamaşada sevgi, ehtiras, vicdan, fədakarlıq, insanın daxili mübarizəsi və mənəvi məsuliyyət ön plana çəkilir.

Kesa adlı evli qadının və ona vurulan samuray Moritanın faciəli münasibətindən bəhs edən əsərdə

Morita sevgisinin təsiri ilə Kesanın ərini öldürmək istəyir. Kesa isə qan tökülməsinin qarşısını almaq və ailəsinin şərəfini qorumaq üçün özünü qurban verir. Nəticədə Morita səhvən Kesanı öldürür və başa düşür ki, ehtirası böyük faciəyə səbəb olub. 

Tamaşa böyük maraq və alqışlarla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью