Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakı-Moskva arasında qarşıdan gələn yüksək səviyyəli əlaqələri müzakirə ediblər.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tərəflər həmçinin ikitərəfli gündəlikdəki cari məsələlər ətrafında fikir mübadiləsi aparıb və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Xüsusilə, Azərbaycan ilə Rusiya arasında mədəni və humanitar əlaqələrin bərpasına diqqət yetirilib”, - məlumatda deyilib.