Mustafayevin komandasından heçheçə

26.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna çempionatında 14-cü tura yekun vurulub. 

QOL.az xəbər verir ki, turun son oyununda millimizin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geydiyi “Polissya” öz meydanında “Zorya”nı qəbul edib. 

Matç 1:1 hesabı ilə yekunlaşıb. 

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Mustafayev 74-cü dəqiqədə, komandası hesabda geri olarkən Boqdan Lednevin əvəzinə meydana daxil olub. Emilin oyuna qoşulmasından 11 dəqiqə sonra “Polissya” bərabərlik qolunu vurub. 

Bu nəticədən sonra Mustafayevin komandası xallarının sayını 23-ə çatdırmaqla turnir cədvəlində 4-cü pilləyə yüksəlib. 16 xala malik “Zorya” isə 10-cu pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью