Icma.az, Ses qazeti portalına istinadən məlumat verir. “Ulu Öndər Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmət göstərib.
Bu səbəbdən də, xalqımız öz qəlbində Ulu Öndərimizin əbədi abidəsini ucaldıb.
Azərbaycan xalqı hər zaman, o cümlədən dekabrın 12-də-anım günündə Ümummilli Liderimiz Heydər Əliyevi böyük ehtiramla yad edir”.
Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir.
Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub.
Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev xalqının xilaskarı missiyası ilə Tanrı və zaman tərəfindən Azərbaycanın taleyinə bəxş edilmiş və bu qürurlu taleyin zirvəsini müəyyən etmiş nadir şəxsiyyətlərdən biridir.