Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır | Icma.a…
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür.
Ulu Öndərin Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilən ideyaları daim ölkəmizi inkişafa, tərəqqiyə, yeni-yeni hədəflərə doğru aparır.
Onun yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir.
Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Dövlətçilik salnaməsinə şanlı səhifələr məhz Onun siyasi xətti, rəhbərliyi ilə yazılıb.
Bu gün böyük qürur hissi ilə Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən bəhs edirik.
Təbii ki, bu uğurlar böyük səylərin, qətiyyətin nəticəsidir.
Tam oxu
Xəbəri oxu