Müstəqil dövlətin yeni Konstitusiyası | Icma.az
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının - azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk Konstitusiyanın da banisidir.
1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.
Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi bir sənəddir.Ulu Öndər Heydər Əliyev öz çıxışlarında qeyd edirdi ki, milli ideologiyamız dövlətimizin Konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır.
Qeyd edək ki, elə bunun nəticəsidir ki, Ulu Öndərin yaratdığı azərbaycançılıq məfkurəsi ölkəmizin Əsas Qanununda öz əksini tapıb.
Ulu Öndər ilk növbədə ölkəmizin ali qanununun tələblərinə dönmədən əməl edilməsini xüsusilə vurğulayırdı, konstitusiya normalarını hər bir vətəndaşın əsas vəzifəsi olduğunu qeyd edirdi.1996-cı ildə Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Heydər Əliyev demişdir: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir.
Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyin qorunub saxlanılması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır.
Tam oxu
Xəbəri oxu