Müstəqillik tariximizin ən böyük büdcəsi Ekspert

26.12.2024

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ildə Azərbaycan müstəqillik tarixində ən böyük büdcəsini icra edəcək.

Axar. az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı Vüqar Bayramov 2025-ci ilin iqtisadi proqnozlarından danışarkən deyib.

Deputat bildirib ki, 2025-ci il üçün proqnozlar və gözləntilər kifayət qədər böyükdür:

“Büdcənin ümumi xərcləri 41,4 milyard manat olacaq. 2024- ildə formalaşan maliyyə təminatı növbəti il 3 milyonu əhatə edən sosial paket icrasına zəmin yaradacaq.

Eyni zamanda Qarabağ-Şərqi Zəngəzura minumum 4 milyard manat vəsait ayrılacaq. Bununla da işğaldan azad olunmuş ərazilərimizə ayrılan vəsaitin həcmi 22 milyard manata çatacağı ehtimal olunur.

Əlavə olaraq, ümumi daxili məhsulun artım tempi qorunub saxlanacaq. Qeyri-neft sektorunun drayver olunacağı da gözlənilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью