Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Şimali Kipr Türk Cümhuriyyətində siyasət dəyişdi, istiqamət necə?
Kuzey Kıbrıs Türk Cumhuriyeti (KKTC) 19 oktyabr 2025 tarixində keçirilmiş prezident seçkiləri ilə siyasi müstəvidə diqqətəlayiq dönüş nöqtəsinə gəlib.
Seçkilər nəticəsində əsas müxalifət lideri Tufan Erhürman böyük fərqlə qalib gəlib və bu, adadakı bölücülük müstəvisində, yəni Türk və Rum tərəfləri arasındakı münasibətlər, Türkiyə ilə əlaqələr və beynəlxalq aləmdə qəbul kontekstində, yeni suallar və imkanlar açır.
Qeyd edək ki, seçkilərdə 218 313 qeydiyyatdan keçmiş seçici iştirak edib. İştirak faizi 64.87% olaraq qeyd edilib.
Tufan Erhürman, Cumhuriyetçi Türk Partiyasının (CTP) lideri kimi yarışa girərək 62.76% səs toplayıb.
İndiki prezident olaraq yarışan Ersin Tatar isə 35.81% səviyyəsində qalıb. Digər beş namizədin hər biri 1%-dən az səs alıb.
Qələbə Erhürman üçün bir turda, mütləq səs çoxluğu (50%+) ilə təmin edilib.
Tərəflərin mövqeləri Cumhuriyetçi Türk Partisinin (CTP) sədri Tufan Erhürman qalibiyyətdən sonra bəyan edib ki, xarici siyasətin Türkiyə ilə yaxın məsləhətləşmə ilə yürüdüləcəyindən kimdənsə şübhə olmasın.