Müştəri kimi mindi, taksi sürücüsünü hədələyib qarət etdi

01.08.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Talama cinayəti paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, zərərçəkən idarə etdiyi "KİA" markalı avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək pul vəsaitini ələ keçirdiyi barədə polisə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью