Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin noyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Yapı Kredi Bank Azərbaycan” QSC olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Şikayət olunan bankların siyahısında “Yelo Bank” ASC ikinci, “Accessbank” QSC isə üçüncü olub.
Barəsində ən az şikayət edilən bank isə “Paşa Bank” ASC olub. 3 bank haqqında isə heç bir şikayət daxil olmayıb.
Barəsində şikayətlər olan banklar aşağıdakı kimi olub: Qeyd edək ki, banklar üzrə şikayət indeksinin hesablanması “Şikayətlər üzrə bazar payı”nın “Müştərilər üzrə bazar payı”na olan nisbəti əsasında aparılır.
“Şikayətlər üzrə bazar payı” – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir.
Təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər hesablamadan istisna olunmuşdur.