Müştərilər pullarını Abdullayevin kürəkəninin bankından geri götürürlər | Icma.az
Icma.az bildirir, Yeniavaz portalına istinadən. Hüquqi şəxslər tərəfindən “Rabitəbank” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
Yeniavaz.com xəbər verir ki, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 2025-ci ilin ilk yarısında hüquqi şəxslərin “Rabitəbank”dakı depozitləri 11,7% və ya 25,3 milyon manat azalıb.
Hüquqi şəxslərin depozitləri ilə yanaşı, “Rabitəbank”ın xalis mənfəəti də kəskin azalıb.
Belə ki, ötən ilin ilk yarısının yekununda 10,6 milyon manat xalis mənfəəti olan bank, bu ilin ilk yarısında 6,8 milyon manat xalis mənfəət əldə edib.
Qeyd edək ki, “Rabitəbank”ın problemli kreditlərində də artım müşahidə olunub.
Ötən ilin ikinci rübünün yekununda bankın ümumi kredit portfelində vaxtında qaytarılmayan kreditlərin – problemli kreditlərin xüsusi çəkisi 3,6% (27,3 milyon manat) təşkil etdiyi halda, bu ilin ikinci rübündə bu göstərici 4%-ə (36 milyon manat) yüksəlib.
Bu göstərici ölkə üzrə qeydə alınan orta göstəricidən dəfələrlə yüksəkdir.
Mərkəzi Bankın 2025-ci ilin iyun ayının əvvəlinə olan məlumatına əsasən, bank sektorunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 1,7% təşkil edib.
Tam oxu
Xəbəri oxu