Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
"AFB Bank" ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 dəfə azdır. Bu ilin ikinci yarısında isə “AccessBank” QSC-də hüquqi şəxslərə məxsus depozitlərin həcmi kəskin azalıb. 2025-ci ilin sonunda hüquqi şəxslərin AccessBank-dakı depozitləri 239 milyon 194 min manat olub.
2026-cı il iyunun 30-na bu göstərici 190 milyon 615 min manata düşüb. Beləliklə, hüquqi şəxslərin bankdakı depozitləri altı ay ərzində 48 milyon 579 min manat və ya 20,3% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə, hüquqi şəxslərin bankdakı depozitlərinin həcmi 18% azalıb.
Qeyd edək ki, banklarda yaranan müxtəlif problemlərlə bağlı son illər ardıcıl olaraq bir neçə bağlanıb. Adıçəkilən banklarda yaranmış problemləri nəzərə alsaq, ümumiyyətlə, ölkənin bank sektorunda hazırda nə baş verir və hansısa bankın bağlanma ehtimalı varmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, ölkədə hazırda hansısa bankın bağlanma ehtimalı yoxdur:
“Çünki banklar ümumi qanunvericiliyin və Mərkəzi Bankın tələblərinə riayət edirlər. Heç biri müflisləşmə həddində deyil. Gəlirlərin azalması hazırda ümumi Azərbaycanın problemidir.
Hamının, o cümlədən bankların da gəliri, mənfəəti azalıb. Bu şəraitdə kiçik və orta bankların vəziyyəti daha da pisdir. Ölkədə təmərküzləşmə də var. Yəni müştərilər daha böyük banklara üz tuturlar.
Ümumən depozitlər artıb. Ancaq hansısa bankda azalma müşahidə edilir. Adıçəkilən banklarda da elə də ciddi problem yoxdur”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: banklar Əkrəm Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin