Müştərini götürmək üçün qaydaları pozub qəza şəraiti yaratdı VİDEO

17.04.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda yolayrıcının keçilməsi qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 4-də, paytaxtın Səbail rayonu, Badamdar şosesində qeydə alınıb.

Belə ki, 77-UH-485 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü müştərini götürmək üçün "yol ver" nişanının tələbini pozaraq yolayrıcına daxil olub. Bu zaman geriyə dönmə manevri edən "BMW" markalı avtomobilin önünə çıxaraq qəza şəraiti yaradıb. "BMW"nin sürücüsü qəfil tormoz verərək qəzanın qarşısını son anda ala bilib.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью