Müştərinin aptekdən aldığı dərmana görə “Leobank” keşbek verməkdən imtina edir ŞİKAYƏT FOTO

28.01.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Vətəndaşlardan biri “Leobank” kartı ilə bağlı yaşadığı keşbek problemi ilə əlaqədar şikayət edib. 

Avtosfer.az xəbər verir ki,müştəri bank tətbiqində “Buta aptekləri” keşbek kateqoriyası əvvəlcədən seçilsə də aptekdən edilən alış zamanı vəd olunan keşbek hesabına köçürülməyib.

Şikayətçi bildirir ki, Buta aptekindən 106 AZN məbləğində dərman alışı edib. Lakin əməliyyatdan sonra keşbekin hesablanmamasının səbəbi kimi qəbzdə satıcının “Vita aptekləri” adı ilə göstərilməsi əsas gətirilib. Bu isə müştərini çaşdırıb, çünki alış faktiki olaraq “Buta” aptekdən edilib.

Maraqlı məqam isə ertəsi gün yaşanıb. Şikayətçi eyni aptekdən bu dəfə Birbank kartı ilə alış etdiyini və Birbank tətbiqində də Buta aptekini keşbek üçün seçdiyini qeyd edir. Bu dəfə keşbek problemsiz şəkildə hesaba oturub.

Müştəri hesab edir ki, aptek şəbəkələrinin POS və ya hüquqi ad fərqləri istifadəçilərə əvvəlcədən aydın şəkildə bildirilməlidir. Əks halda, bankların təklif etdiyi keşbek kampaniyaları faktiki olaraq işə yaramır və müştərilərdə aldadılma təəssüratı yaradır.

“Mən aldandım, siz aldanmayın” – deyə şikayətçi digər istifadəçilərə də diqqətli olmağı tövsiyə edir və banklardan bu cür hallara aydınlıq gətirilməsini, eləcə də müştərilərin zərərə düşməməsi üçün mexanizmlərin təkmilləşdirilməsini istəyir.

Eltac Zülfüqaroğlu

Oxunub 34

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью