Müştərisini güllələyən zərgər həbs olundu VİDEO

27.12.2024

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müştərisini güllələyən zərgər həbs olundu - VİDEO

İstanbulun Eyüpsultan şəhərində zərgər D.Kotan pulunu istəmək üçün iş yerinə gələn müştərini güllələyib. Həmin anlar iş yerinin təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə lentə alınıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, iddiaya görə, 62 yaşlı B.Müsamettin qızılla verdiyi borcunu geri almaq üçün Vardar bulvarında zərgər işləyən D.Kotan iş yerinə gedib. Tərəflər bir müddət söhbət etdikdən sonra zərgər D.Kotan piştaxtanın altından tapançasını çıxararaq B.Müsamettini ayağından vurub.

Hadisədən sonra D.Kotan polis bölməsinə gedərək təslim olub, yaralanan B.Müsamettin isə xəstəxanada müalicə olunub. Həmin anlar iş yerinin təhlükəsizlik kamerasına saniyə-saniyə əks olunub. Polis bölməsində əməliyyatları tamamlanan D.Kotan Çağlayandakı İstanbul Ədliyyə Sarayına aparılıb.

Prokurorluqda ifadə verən şübhəli daha sonra növbətçi hakim tərəfindən tutularaq həbsxanaya göndərilib.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью