“Müştəriyə deyim ki, tullan yolun soluna?” VİDEO

27.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının bir sıra küçə və prospektlərində COP29 zolağı qüvvədən düşsə də, bəzi ərazilərdə avtobusların istifadəsinə verilib.

"Cebheinfo.az" “Xəzərxəbər”ə istinadən xəbər verir ki, avtobus zolağı kimi qalan yerlərdə əlavə yol nişanları da quraşdırılıb. Bu da minik avtomobillərinin, eləcə də taksilərin oraya daxil olmasını qadağan edir.

Belə ərazilərdən biri də Neftçilər prospektidir. Burada prospektin hər iki istiqamətində tədbirdən öncə çəkilən COP29 zolağından ictimai nəqliyyat istifadə edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, noyabrın 25-nə qədər həmin zolaqların çoxu qüvvədən düşdüyü üçün silinib, 5.9 yol nişanı da ərazidən götürülüb.

Sürücülərin əksəriyyəti isə həmin zolağın ictimai nəqliyyata verilməsindən xəbərsizdir.

Daha ətraflı sujetdə:

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью