Muştuluq: Santuş qayıtdı!

19.01.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İl dəyişən ərəfədə vətəninə yollanan yığmamızın baş məşqçisi Fernando Santuşun yanvarın 16-da Bakıya dönəcəyini xəbər vermişdik.

Görəsən, portuqaliyalı mütəxəssis qayıdıbmı? Bu məqamı bir daha AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli ilə dəqiqləşdirdikdə bəlli oldu ki, Santuş artıq Bakıdadı. Xeyirli olsun!
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью