Muştuluq: Tayson Füri qayıdır!

08.07.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanının Əyləncələr üzrə İdarəsinin sədri Turki Əl əş-Şeyx WBC versiyası üzrə sabiq dünya çempionu Tayson Fürinin boksa qayıdacağını elan edib.
Onun dediyinə görə, 36 yaşlı britaniyalı gələn il döyüş keçirəcək:

“Kral qayıdacaq! Onunla danışmışam, 2026-ci ildə Ər-Riyadda döyüş keçirəcəyinə söz verib”.


Xatırladaq ki, Füru ukraynalı Aleksandr Usikə ardıcıl iki məğlubiyyətin ardından yanvarın 13-də boksdan getdiyini elan edib. O, 2017-ci ildə də belə qərar vermiş, lakin 2018-də rinqə dönmüşdü.
2022-də boksçu yenidən idmandan getdiyini açıqladı, bir neçə ay sonra qərarını dəyişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью