Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi VİDEO

17.07.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikanın Sietl şəhərində "qısa onurğa sindromu" olan mutant yenot diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Cimoti adlı yenot əvvəllər küçələrdə dolaşır, zibil qablarından yemək oğurlayır və öz yenot həyatını yaşayırdı.
Lakin bu yenotu görən yerli sakinlər onun qeyri-adi görünüşündən təəccübləniblər.
Belə ki, bu balaca yenot çox nadir rast gəlinən anadangəlmə bir xəstəlikdən — "qısa onurğa sindromu"ndan əziyyət çəkir. Zaman keçdikcə Cimoti məşhurlaşıb və internetdə geniş populyarlıq qazanıb. Hətta onun şərəfinə pərəstişkarlar tərəfindən müxtəlif sənət nümunələri və memlər yaradılıb.




Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью