MÜTDA övladı avtomatik I sinifə keçən valideynlərə müraciət edib

01.05.2025

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. Hansı valideyn avtomatik təyin edilmiş məktəb və müəllim seçimi ilə razılaşmasa, bu gündən etibarən sorğusunu ləğv edə bilər.

BAKU.WS xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.

"Sorğunu dəyişmək istəyən valideynlər 6 may 15:00-dan etibarən digər məktəbi və müəllimi seçə bilərlər", - o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью