Mütəllim Rəhimli: Partiyadan istefa verən yoxdur

10.08.2026

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Yay mövsümünə uyğun olaraq partiyada işlər nisbətən sakit gedir".

Bunu Qaynarinfo-ya açıqlamasında Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bildirib.

Partiya sədri təşkilatlanma işlərinin davam etdiyini, eyni zamanda ölkənin ictimai-siyasi həyatında baş verən proseslərdə iştirak etdiklərini vurğulayıb:

"Bir neçə rayon təşkilatının yenidən qurulması və yeni rayon təşkilatlarının yaradılması istiqamətində işlər gedir. Yaxın bir ay ərzində bununla bağlı ictimaiyyətə məlumat verəcəyik".

Mütəllim Rəhimli partiya üzvləri arasında istefa hallarının və ya başqa səbəblərlə partiyadan ayrılanların olmadığını xüsusi qeyd edib.

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью