Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Metabolik sindromun ömrü qısaltdığı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Qalina Morozova "Rossiya 1" telekanlına açıqlamasında bildirib.
Onun sözlərinə görə, metabolik sindrom toxumaların insulinə qarşı həssaslığının azalmasına cavab olaraq inkişaf edən metabolik pozğunluqlar kompleksi ömrü qısalda bilər.
"Bu xəstəliklər həyatınızdan 10-20 il oğurlayacaq" - deyə həkim xəbərdarlıq edib.
O həmçinin əlavə edib ki, metabolik sindrom diabet və xərçəng kimi təhlükəli xroniki xəstəliklərin inkişafına da səbəb ola bilər.
Bundan əlavə, qaraciyər sirrozu, infarkt, insult, kəskin pankreatitə səbəb ola bilər.
Məlumat üçün bildirək ki, Metabolik sindrom ürək xəstəlikləri, tip 2 diabet və insult riskini artıran bir neçə sağlamlıq probleminin eyni vaxtda olmasıdır