Mütəxəssis acqarına qəhvə içməməyi tövsiyə etdi

10.08.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, o, “Lenta.ru”ya müsahibəsində insanları bu səhər vərdişindən imtina etməyə çağırıb.

“Acqarına qəhvə zəhər deyil və bir çox sağlam insanda mədə-bağırsaq sistemi ilə bağlı ciddi problemlər yaratmır. Lakin boş mədədə qəbul edildikdə onun yan təsirləri daha güclü hiss oluna bilər. Bu xüsusilə qastritə bənzər şikayətləri, reflüksü, narahatlıq pozuntuları, yuxu problemləri, kofeinə həssaslığı və ya qan şəkərinin qeyri-sabit səviyyəsi olan insanlara aiddir”, – deyə Mayorov bildirib.

Həkimin sözlərinə görə, qəhvə mədədə qastrin hormonunun və xlorid turşusunun ifrazını stimullaşdırır, həmçinin bağırsaqların fəaliyyətinə təsir göstərir. Buna görə də həssas insanlarda yeməkdən əvvəl içilən bir fincan qəhvə döş sümüyü arxasında yanma hissi, turş gəyirmə, ağırlıq, ürəkbulanma və ya qarının yuxarı hissəsində ağrı yarada bilər.

Bundan əlavə, Mayorov qeyd edib ki, kofein mərkəzi sinir sistemini aktivləşdirir. Bu, insanı ayıq saxlayaraq enerji versə də, həssas şəxslərdə əsəbilik, titrəmə, ürəkdöyünmə, tərləmə və daxili gərginlik hissinə səbəb ola bilər.

Endokrinoloq əlavə edib ki, araşdırmalara görə, gecə yuxusuzluğundan sonra səhər yeməyindən əvvəl içilən tünd qara qəhvə sonrakı qida qəbuluna qlisemik reaksiyanı təxminən 50 faiz artırır. Onun sözlərinə görə, bu, hər kəs üçün acqarına qəhvənin qadağan edilməsi demək deyil. Lakin insulin müqaviməti, prediabet, diabet və ya yeməkdən sonra güclü yuxululuq yaşayan insanlar üçün əvvəlcə səhər yeməyi yemək, qəhvəni isə daha sonra içmək qan şəkərinin kəskin dəyişmələrinin qarşısını almaq baxımından daha məqsədəuyğundur.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью