Mütəxəssis: e xəstəlik sistemində yeniliklər olacaq RƏSMİ

23.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Elektron xəstəlik vərəqəsinin verilməsi sistemində gələcəkdə yeniliklər gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova canlı yayımda məlumat verib.

O, qeyd edib ki, bütün sistemlərin ilk olaraq işə düşməsi vacibdir ki, yeniliklər barədə düşünmək mümkün olsun.

"İstifadəçi geridönüşləri əsasında yaranan boşluqların aradan qaldırılması və sistemin daha da asanlaşdırılması məqsədilə yeniliklər ola bilər. Amma bunun üçün sistemin istifadəyə verilməsi lazımdır", – deyə S.Məhərrəmova vurğulayıb.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью