Mütəxəssis: Sığortalama arıçılara yardım etsə də, sahəni inkişaf etdirməyəcək | Icma.az
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır. Aqrar Sığorta Fondu çox ehtiyatla mərhələli şəkildə böyüyür.
2025-ci il üçün fəaliyyət planlarımızda arıçılıq təsərrüfatlarının sığortalanması var.Bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bu gün "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.O bildirib ki, ümimiyyətlə, bitkiçilik məhsulları üzrə sığortada 41 bitkidən daha çox saya nail olmağı hədəflənir.Sədr bütün bunların mərhələli şəkildə ediləcəyini bildirib və qeyd edib ki, bu minvalla təlimlər keçiriləcək.Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, yaxşı olar ki, hökumət arıçılığın inkişafı ilə bağlı ciddi dövlət proqramı qəbul etsin:“Ölkədə yalnız arıçılıq deyil, bütün sahələrdə böyük risklər var.
Bu, həm qlobal iqlim dəyişməsi, həm də ölkədə kənd təsərrüfatında mövcud olan problemlərlə bağlıdır.
Həmin problemlər uzun illərdir ki, öz həllini tapmır. Hətta bununla bağlı, sığorta da müəyyən əhəmiyyət kəsb edir.
Ümumiyyətlə Azərbaycanda yalnız arıçılıqda deyil, heyvandarlığın digər sahələrində də böyük risklər mövcuddur.
Bir neçə gündür ölkədə qar yağıb və əminliklə deyirəm ki, bu gün heyvandarlıqda çox ciddi problem var.
Çünki qar yağanda xırdabuynuzlu heyvanları sahəyə çıxarmaq olmur, iri buynuzlu heyvanları isə ümumiyyətlə qışda çıxarmaq düzgün deyil.
Qapalı şəraitdə yemlənməlidir. Ona görə də heyvanlar azalır. Bu ilin birinci ayında süd və kərə yağı idxalı dəfələrlə artıb.
Tam oxu
Xəbəri oxu