Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Sinə xəstəlikləri mütəxəssisi Dr.
Büşra Yayla Yerlikaya insanların təkcə xoş bir qoxuya aldanmamalı olduğunu bildirərək bəzi kimyəvi qarışıqların şiddətli qıcıqlanmaya və iltihaba səbəb ola biləcəyini vurğulayıb.
Qaynarinfo "CNN Türk"ə istinadən xəbər verir ki, o, astma xəstəliyi olmayan insanlarda belə bu cür maddələrin oxşar simptomlara yol aça biləcəyini qeyd edib.
Süni qoxular və sağlamlıq riski Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən sintetik qoxuların sağlamlığa təsiri ilə bağlı müzakirələr davam edir.
Laboratoriya şəraitində istehsal edilən bu ətirlər kosmetika və təmizlik məhsullarında geniş yayılıb.
Lakin bu süni komponentlər uzun müddət məruz qalındıqda müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu ətirlərin tərkibindəki uçucu üzvi birləşmələr, sintetik qoxu vericilər və stabilizatorlar tənəffüs yollarına daxil olaraq qıcıqlanma, iltihab və allergik reaksiyalar yarada bilər.
Mövzu ilə bağlı açıqlama verən Dr. Büşra Yayla Yerlikaya deyib: "Ətir və ya oxşar məhsullar istifadə edildikdən sonra nəfəs darlığı və öskür